Baş katib Qırmızı dənizdə kommersiya gəmiləri üçün təhdidlərlə bağlı bəyanat yayıb

129

Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Kitak Lim Qırmızı dənizdə kommersiya gəmiləri üçün təhdidlərlə bağlı bəyanat yayıb.

Allmarinenews xəbər verir ki, baş bu barədə ictimaiyyətə açıqlama verib. 

O bildirib ki, Qırmızı dənizdə kommersiya gəmiçiliyinə edilən təhdidlərə dair son hesabatlar son dərəcə narahatedici və qəbuledilməzdir:

“Kommersiya daşımaları heç vaxt geosiyasi münaqişələrin girov qurbanı olmamalıdır. Ticarət gəmiçiliyinə hər hansı hücum beynəlxalq dəniz hüququna, o cümlədən naviqasiya azadlığını qoruyan qanunlara ziddir. Beynəlxalq ticarətlə məşğul olan daşımalara mənfi təsir göstərə biləcək hər hansı hərəkətdən qaçınmaq lazımdır”, – deyə o qeyd edib.