Azov limanı akvatoriyasında quru yük gəmisi tankerlə toqquşub

363

Dünən Azov dəniz limanının akvatoriyasında quru yük gəmisi və tanker toqquşub. Hər iki gəmi mexaniki zədə alıb. Xəsarət alan olmayıb və neft sızıntısı baş verməyib.

“Seanews.az” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyatda Qərb Regionlararası İstintaq İdarəsinin “Telegram” kanalında məlumat verilib.

Rostov Nəqliyyat İstintaq İdarəsi hadisə ilə bağlı istintaqdan əvvəl yoxlamaya başlayıb. Mütəxəssislər hadisənin bütün hallarını müəyyən etmək üçün bir sıra tədbirlər həyata keçirirlər.

Cənub Nəqliyyat Prokurorluğundan verilən məlumata görə, “Red Line” və “TN-709” gəmiləri ilə insident Don çayının sularında baş verib. Nəzarət qurumu həmçinin dəniz üzgüçülüyünün təhlükəsizliyinə dair qanunvericiliyin tələblərinə əməl olunmasını yoxlamağa başlayıb.

Qeyd edilir ki, uzunluğu 78 metr, eni 12 metr olan “Red Line” quru yük gəmisi 1983-cü ildə tikilib və Vanuatu bayrağı altında üzür.