Dövlət Dəniz və Liman Agentliyinin Mətbuat Xidmətinin məlumatı

168

Bu gün saat 11:10 radələrində Yaxta klubdan gəzinti məqsədilə dənizə çıxan Delfin-2 gəmisi sualtı mane ilə üzləşib və nəticədə qəza baş verib. Həmin an gəmidə 3 heyət üzvü və 3 nəfər sərnişin olub. Dərhal Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin operatorları FHN və Sahil Mühafizə Xidmətinə məlumat verib. Gəmidə olan şəxslər xilas olunub. Heç bir tələfat yoxdur. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.