Bu il Türkiyənin Tuzla limanının qəbul etdiyi gəmilərin sayı açıqlanıb

290

2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Tuzla limanı 779 gəmi qəbul edib.

Trend-in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeyd edilən müddət ərzində Tuzla limanı Türkiyə bayrağı altında üzən 547, digər ölkələrin bayraqları altında üzən 232 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin noyabr ayında Türkiyə limanları 4 min 309 gəmi qəbul edib.