ZGTTZ-də əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi ilə bağlı illik yekun iclas keçirilib

226

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi şöbəsinin illik yekun iclası keçirilib.

İclasda 2023-cü ildə bu sahədə görülmüş işlər barədə məlumat verilib, aşkar olunan və aradan qaldırılmış nöqsanlar müzakirə olunub.

Həmçinin istehsalatda bədbəxt hadisələrin baş verməməsi üçün gündəlik nəzarət və müşahidələrin aparıldığı bildirilib. Qeyd olunub ki, belə hadisələrin qarşısının alınması üçün iş zamanı diqqətli və məsuliyyətli olmaq, təhlükəsizlik qaydalarına əməl etmək vacibdir.