BGTZ-də təqaüdə çıxan əməkdaşlarla görüş keçirilib

364

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunda (BGTZ) təqaüdə çıxan əməkdaşlarla görüş keçirilib.

Görüşdə dəniz nəqliyyatı sahəsində gəmi təmirinin əhəmiyyətindən danışılıb, BGTZ-nin gördüyü işlərə nəzərə salınıb.  Bildirilib ki, gəmilərin saz vəziyyətdə saxlanmasında hər bir Zavod əməkdaşının böyük zəhmət payı var.

Çıxış edənlər üzunmüddətli və şərəfli fəaliyyətlərinə görə təqaüdə çıxan təmirçilərə təşəkkürlərini bildirib, onlara cansağlığı arzulayıblar.

Təqaüdçülər öz növbələrində təcrübələrini bölüşməyə həmişə hazır olduqlarını bildirib və göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

seanews.az