Türkiyədə 80 nəfərin olduğu bərə Egey dənizində sahilə çırpılıb

177

Türkiyədə içərisində 80 nəfərin olduğu bərə Egey dənizində sahilə çırpılıb.

“Report” bu barədə “TRT Haber” telekanalına istinadən xəbər verir.

Hadisəyə səbəb gəmi kapitanının halının pisləşməsi və huşunu itirməsi olub.

Qəza nəticəsində xəsarət alanların olmadığı bildirilir. Sərnişinlər başqa gəmiyə köçürülüb, kapitana tibbi yardım göstərilib.

Qeyd edək ki, bərə axşam saatlarında İzmirin Konak və Bostancı bölgələri arasında fəaliyyət göstərib.