Böyük Britaniya sahilində beş metrlik dəniz canlısı aşkarlandı – FOTO

185

Böyük Britaniyada bir qadın Şimali Yorkşir qraflığının çimərliyində nəhəng dəniz canlısının qalıqlarını tapıb.

61 yaşlı Kerolayn Pindar sahildə gəzərkən onun qarşısına quyruğu və başı olmayan beş metrlik naməlum heyvan cəsədi çıxıb.

“Qalıqlar çox parçalanmışdı, dəridən sümüklər çıxırdı, bir tərəfində isə piy topaları var idi. Çox güclü qoxusu var idi”, – Pindar deyib.

Qadın qeyri-adi tapıntının şəklini çəkib və nə tapdığını anlamaq ümidi ilə kadrları internetə yerləşdirib, lakin hər şeyin o qədər də adi olmadığı ortaya çıxıb. Hətta dəniz florası mütəxəssisləri də tapıntının nə olduğu ilə bağlı ortaq qərara gələ bilməyiblər.

Mütəxəssislər tapılan qalıqların balinakimilər ailəsinin nümayəndəsinə aid olduğunu, digərləri isə bunun nəhəng suiti, morj və ya delfin olduğuna inanırlar.

Mənbə: Daily Mail