Patrul gəmiləri təxminən 300 milyon avroya başa gələcək

192

Portuqaliya Hərbi Dəniz Qüvvələri ölkənin “West Sea – Estaleiros Navais” gəmi istehsalçısı ilə altı yeni dəniz patrul gəmisinin alınması üçün müqavilə imzalayıb. “Viana do Castelo” (OPV) gəmiləri “Viana do Castelo” gəmiqayırma zavodunda tikiləcək.

“Seanews.az” “Naval News”-a istinadən xəbər verir ki, layihənin ümumi dəyəri təxminən 300 milyon avro təşkil edəcək.

Gəmilərin uzunluğu 83 metr, eni 12,95 metr, suya oturumu 3,8 metr və maksimal sürəti 21 düyün olacaq.

Onlar hazırda Portuqaliya Hərbi Dəniz Qüvvələrində xidmətdə olan mövcud dörd “Viana do Castelo” sinifli gəmilərə qoşulacaqlar. Uzun məsafəli dəniz müşahidəsi və patrul xidməti, həmçinin axtarış-xilasetmə əməliyyatları üçün nəzərdə tutulan həmin gəmilər – ilk iki gəmi “NRP Viana do Castelo” və “NRP Figueira da Foz” müvafiq olaraq 2011 və 2013-cü illərdə xidmətə qəbul edilib. Digər iki gəmi – “NRP Sines” və “NRP Setúbal” isə müvafiq olaraq 2018 və 2019-cu illərdən xidmətdədir.