ASCO-nun gəmiləri ilə ötən il daşınan yükün həcmi açıqlanıb

247

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2023-cü il üçün yükdaşıma göstəricilərini açıqlayıb.

Ötən il ərzində ASCO tankerləri ilə 4,9 milyon ton yük daşınıb.

Bu dövrdə bərə və Ro-Pax tipli gəmilərlə daşınan vaqonların sayı 37642 ədəd, avtonəqliyyat vasitələrinin sayı isə 35207 ədəd olub.

ASCO-nun universal quru yük gəmiləri 2023-cü ildə 749 min ton yük nəql edib.