Xəzərdə sərnişin gəmisinə su dolub, 32 nəfər təxliyə edilib

801

Bu gün saat 21.00 radələrində sahildən 30 km aralı Xəzər dənizinin Bulla rayonu ərazisində “PS 173” sərnişin  gəmisində heyət gəminin burun hissəsinə su dolduğunu görüb. Dərhal təhlükəsizlik tədbirlərinin görülməsi üçün ASCO-nun dispetçer xidmətinə məlumat verilib. Yaxınlıqda olan “Qobustan”, “Qız Qalası”  sərnişin gəmiləri hadisə yerinə gəlib.  Heyət üzvləri və sərnişinlər bu  gəmilərə təxliyə ediliblər.

Hazırda  7 nəfər gəmi heyəti və 25  sərnişinin  həyatı üçün hər hansı bir təhlükə yoxdur.

“PS 173” gəmisi  isə hadisə ərazisinə gələn “ Caspian Spirit” gəmisi  vasitəsilə yedəyə alınaraq sahilə doğru istiqamət götürüb.

Gəmidə baş verən hadisənin səbəbləri dəqiqləşəndən sonra daha ətraflı məlumat veriləcək.