İstanbul Boğazında iki gəmi toqquşub

456

Türkiyənin İstanbul Boğazında “Kevalay Queen” adlı 147 metr uzunluğunda Ro-Ro sərnişin gəmisi ilə “Kapitan Adam 1” adlı 103 metr uzunluğundakı ümumi yük gəmisi toqquşub.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, Türkiyə Sahil Təhlükəsizliyi Baş İdarəsinə bağlı KEGM-4 sürətli xilasetmə qayığı hadisə yerinə yönəldilib.

Məlumata əsasən, hər iki gəmiyə ziyan dəyib, yoxlamalar zamanı ətraf mühitin çirklənməsi aşkar edilməyib.