Türkmənistan və Cənubi Koreyanın gəmi istehsalçıları əməkdaşlığı inkişaf etdirirlər

234

“Balkan Gəmiqayırma və Gəmi Təmiri Zavodu” ASC-də “Koryo Shipbuilding Industry Technology Co., Ltd” şirkətinin nümayəndələri ilə zavodun rəhbərliyi arasında görüş keçirilmişdir.

“korabel.ru” “Türkməndənizdəryayolları” Dövlət Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı 13 sentyabr 2023-cü il tarixində “Balkan” Gəmiqayırma və Gəmi Təmiri Zavodu və “Koryo Shipbuilding Industry Technology Co., Ltd” şirkəti arasında imzalanmış yükgötürmə qabiliyyəti 6100 ton olan iki quru yük gəmisinin birgə tikintisinə dair sazişin həyata keçirilməsi üçün ilkin tədbirlər planı tərtib edilmişdir.

İclasda “Balkan” zavodunun istehsal strukturuna daxil olan mütəxəssislərin hazırlanması ilə bağlı təkliflər, o cümlədən gəmiqayırma və “Balkan” zavodu üçün beynəlxalq İSO standartları üzrə sertifikatın alınması ilə bağlı konkret məsələlər müzakirə olunub.

İşgüzar görüş zamanı tərəflər gəmilərin birgə inşasında müsbət nəticələr əldə edəcəklərini və yaxın vaxtlarda gəmiqayırma işlərinə başlanacağını bildiriblər.

Seanews.az”