Türkmənbaşı limanının potensialının inkişaf etdirilməsinə logistika assosiasiyası da qoşulub

267

“Türkmən Logistika” Assosiasiyası ilə Türkmənbaşı beynəlxalq dəniz limanı arasında anlaşma memorandumu və 2024-cü il üçün birgə fəaliyyət planı imzalanıb.

“Seanews.az”xəbər verir ki, memorandumda Türkmənistan limanının qlobal nəqliyyat-logistika sistemində mövqeyinin möhkəmləndirilməsinə yönəlmiş əsas əməkdaşlıq istiqamətləri müəyyən edilib və planda onların həyata keçirilməsi üçün konkret addımlar öz əksini tapıb. Tərəflər “Türkmən Logistika” Assosiasiyasının beynəlxalq tərəfdaşlarını limanın texniki və texnoloji potensialı, xarici daşıyıcıların cəlb edilməsi üçün limanda yaradılmış üstünlük və imkanlar barədə məlumatlandırmaqla bağlı bir sıra birgə tədbirlər haqqında razılığa gəliblər.

Əməkdaşlıq çərçivəsində “Türkmən Logistika” Assosiasiyası və Türkmənbaşı beynəlxalq dəniz limanı arasında Türkmənistan yükdaşıyıcıları üçün əlverişli şəraitin yaradılması məqsədilə Assosiasiyanın üzvü olan nəqliyyat və logistika müəssisələri ilə mütəmadi olaraq təcrübə mübadiləsi və məsləhətləşmələrin aparılması barədə razılıq əldə olunub. Həmçinin beynəlxalq ekspertlərin iştirakı ilə Türkmənbaşı dəniz limanının əməkdaşları üçün onlayn təlimin təşkili də nəzərdə tutulur. Bütün bunlar bizə imkan verəcək ki, liman vasitəsilə yük axınını səmərəli təmin etmək üçün dövlət və özəl sektorun səylərini birləşdirək.

Memorandumun və birgə fəaliyyət planının imzalanması Türkmənistanın nəqliyyat-logistika sektorunun inkişafı və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi üçün yeni perspektivlər açır. “Türkmən Logistika” Assosiasiyasının və Türkmənbaşı beynəlxalq dəniz limanının birgə səyləri beynəlxalq nəqliyyat marşrutlarında mühüm halqa olan Türkmənistan limanının potensialı haqqında məlumatlığın artırılmasına, investisiyaların cəlb edilməsinə və yükdaşımaların həcminin çoxalmasına kömək edəcək”, – “Türkmənistan: Qızıl Dövr” nəşri yazır.