“ASAN Könüllüləri” Təşkilatının “Dinamik Gənclik Həftəsi IV” layihəsi çərçivəsində “Suraxanı” gəmi-muzeyinə ekskursiya həyata keçirilib

326

“ASAN Könüllüləri” Təşkilatının “Dinamik Gənclik Həftəsi IV” layihəsi çərçivəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyinə ekskursiya həyata keçirilib.

Ekskursiya zamanı könüllülərə “Suraxanı” gəmi-muzeyinin yaranması haqqında məlumat verilib.

Könüllülər dünyanın ilk tanker-muzeyindəki naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri və gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanış olublar. 

Ekskursiyanın sonunda könüllüləri maraqlandıran suallar cavablandırılıb