“Suraxanı” gəmi-muzeyi 6 günlük iş rejiminə keçib

399

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyi 6 günlük iş rejiminə keçib.

Bundan sonra muzeyin ekspozisiya bölümü həftənin çərşənbə axşamı günü də fəaliyyət göstərəcək. Qonaqlar həmin gün muzeyi saat 12:00-dan 17:00-dək (kassa 16:00-da bağlanır) ziyarət edə biləcəklər.

Beləliklə, muzeyin ekspozisiya bölümü yalnız bazar ertəsi günü işləməyəcək. Həmin gün gəmi-muzeydə zəruri texniki və tibbi profilaktik tədbirlər həyata keçiriləcək.