Dünyanın ən böyük aysberqi “piruet”i ilə diqqət çəkdi – VİDEO

362

Dünyanın ən böyük və qədim aysberqi “A23a” Cənub Okeanı üzərindən səyahəti zamanı “piruet”i ilə diqqət çəkib. Peyk görüntüləri diş şəklində olan buzun dekabr və fevral ayları arasında 360 dərəcə dönüş etdiyini göstərib.

Aysberq hazırda Antarktik yarımadasının şimalındadır və daha isti suların təsiri altında tədricən əriyir. Bununla belə, tam məhvi çox vaxt aparacaq.

https://baku.tv/embed/122734

Britaniya Antarktika Xidmətinə (BAS) görə, “A23a” gün ərzində təxminən 50 kilometr məsafə qət edir.

Qeyd edək ki, aysberq 1986-cı ildə Filçner Buz Şelfindən qopsa da, demək olar ki, dərhal Ueddell dənizində saya oturub və 30 ildən artıq tərpənməz vəziyyətdə qalıb. Lakin 2023-cü ilin sonunda hərəkət etməyə başlayıb.

“A23a” ərazisinin ilkin olaraq Londondan iki dəfə böyük (təxminən 4000 kvadrat kilometr), Eyfel qülləsindən isə 100 milyon dəfə ağır olduğu təxmin edilir.

Amma son aylar aysberq dalğalar və temperaturun yüksəlməsinə görə zədələnib. Son müşahidələr göstərdi ki, onun kənarlarında eroziya əlamətləri – mağaralar və tağlar görünməyə başlayıb.

“A23a” “aysberq xiyabanını” ilə Cənubi Corciyanın sub-Antarktika adasına doğru üzür. Alimlər qorxurlar ki, aysberq adaya çatana qədər əriməzsə, yerli canlılar üçün təhlükə yarada bilər.

Mənbə: Mir24.tv