Mərmərə dənizində batan karqo gəmisində itkin düşənlərdən ikisinin cəsədi tapılıb

659

Mərmərə dənizində batan karqo gəmisinin itkin düşən 6 ekipaj üzvündən ikisini cəsədi aşkarlanıb.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, ekipaj üzvlərinin axtarışları üç gündür davam edir.

Dənizdə 51 metr dərinlikdə təsbit edilən “BATUHAN A” adlı gəmiyə bu gün dalğıc endirilməsi gözlənilərkən itkin düşən 6 ekipaj üzvündən ikisinin meyitinin də orada olduğu müəyyənləşib.

Qeyd edək ki, gəmi fevralın 15-də əlverişsiz hava şəraiti səbəbindən batıb.