ADY Şimal-Cənub dəhlizində tranzit yüklərinin daşınmasını 57 % artırıb

232

2023-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Şimal-Cənub dəhlizində daşıdığı tranzit yükləri 2022-ci illə müqayisədə 56,6 % çox olub.

“Report” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, ən çox daşınan tranzit yüklər mişarlanmış ağaclar, buğda unu, müxtəlif növ yarmalar, mədən suları və alkoqolsuz içkilər, sintetik qatran və plastik kütləsi, divar materialları, sitrus meyvələri olub.