Dünyanın ammonyakla işləyən ilk konteyner gəmisi Norveç və Almaniya arasındakı marşrutlara xidmət göstərəcək

315

“Yara Clean Ammonia”, “North Sea Container Line” və “Yara International” dünyanın ilk ammonyakla işləyən konteyner gəmisi olacaq “Yara Eyde”-ni sifariş etmək üçün “CMB.TECH” ilə əməkdaşlıq sazişi bağlayıblar.

“Seanews.az” xəbər verir ki, buz sinfinə aid 1400 TEU-luq konteyner gəmisi Çinin “Qingdao Yangfan Shipbuilding” tərsanəsində inşa ediləcək.

“Yara Eyde”-nin 2026-cı ilin ortalarına qədər təhvil verilməsi gözlənilir. O, Norveç və Almaniya arasındakı marşrutlara xidmət göstərəcək.

Gəmi “CMB.TECH”-in konteyner bölməsi olan “Delphis” şirkətinə məxsus olacaq və “NCL Oslofjord AS” tərəfindən (“North Sea Container Line” və “Yara Clean Ammonia”-nın birgə müəssisəsi) istismar ediləcək.  “NCL”-nin strukturu “Yara Clean Ammonia” gəmini ammonyak yanacağı ilə təmin edəcək.

“NCL Oslofjord AS” gəmiləri yalnız ammonyakla işləyən dünyada ilk xətti gəmiçilik olmağı hədəfləyir.

“Offshore-energy.biz” portalı xəbər verir ki, konteyner gəmisinin akkumulyator və sahil elektrik şəbəkəsinə qoşulma imkanı ilə təchiz edilməsi də planlaşdırılır.