Azərbaycanda gəmiçilərin orta aylıq maaşı 250 manat artıb

656

2023-cü ildə su nəqliyyatı sahəsində işləyənlərin orta aylıq əmək haqqı 2 245,6 manata çatıb.

FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Bu 2022-ci illə müqayisədə müqayisədə 250 manat və ya 12,5% çoxdur.

Ötən ilin eyni dövründə bu sahədə çalışanların orta aylıq əmək haqqı 1995,6 manat idi.

Qeyd edək ki, dövlət sektrounda çalışanların orta aylıq əmək haqqı 2 103,3 manat təşkil edib ki, bu 2022-ci illə müqayisədə 263,8 manat və ya 14,3% çoxdur.

Özəl sektorda çalışanların orta aylıq əmək haqqı isə 3123,7  manat olub. Bu da illik müqayisədə 103 manat və ya 3,4% çoxdur.