Asiya İnkişaf Bankının nümayəndələri “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər

261

Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin direktoru xanım Kandis Makdeyqan və Nümayəndəliyin investisiyalar üzrə baş mütəxəssisi Sənan Şabanov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” tanker-muzeyini ziyarət edib.

Qonaqlara muzeyin yaranma tarixi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Xəzərin tarixi, ölkəmizdə gəmiçiliyin inkişafı, Abşeronda neft hasilatı haqqında məlumat əldə etmək üçün muzeyin xüsusi rolu var.

Muzeyin zallarını gəzən qonaqlar burada sərgilənən eksponatlarla yaxından tanış olublar. Onlar belə bir muzeyin ərsəyə gətirilməsinin və fəaliyyətinin gəmiçilik tarixinin və ənənələrinin yaşadılması baxımından zəruri olduğunu bildiriblər.