Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Naziri Saparov Aydarbek “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-də olmuşdur.

194

11 mart 2024-cü ildə Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Naziri Saparov Aydarbek və qardaş ölkənin Ərzaq korporasiya AC Taxıl satışı üzrə icraçı direktoru Janatayev Rüstəm, həmçinin onları müşayiət edən nümayəndə heyəti “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-də olmuşdur.

Limanın baş direktoru Rəşad Daşdəmirov qonaqları qarşılamış və Liman infrasrtukturu barəsində və Qazaxıstan Respublikasından “Gübrə” növlü yüklərin Hövsan limanı üzərindən Avropa ölkələrinə daşınması haqqında məlumat vermişdir. Daha sonra Nümayəndə heyəti Liman ərazisində yerləşən Azərbaycan və Qazaxıstan Respublikaları tərəfindən birgə inşa olunan “Bakı Taxıl Terminalı” ilə tanış olmuşdur. Görüşdə iştirak edən qonaqların suallarına cavab verilmişdir.

Gələcəkdə qardaş ölkənin şirkətləri ilə daha sıx əlaqələrin yaranması və Xəzər dənizi üzərindən Taxıl yüklərinin daşınması həcminin artırılması barədə əməkdaşlığın inkişafı müzakirə edildi.