Martın 13-də “United Alliance Group”un ənənəvi layihəsi olan dənizçilər üçün “Açıq qapı” günü keçirilib.

383

Görüşdə “GN Group” şirkətinin insan resursları departamentinin direktoru Kapitan R. Erkan Erecek və “United Alliance Group” un Türkiyədəki nümayəndəsi Kapitan Əli Əliyev iştirak edərək dənizçilərlə təcrübələrini bölüşüb və onları maraqlandıran sualları cavablandırıblar.

📌Dənizçilik peşəsinin çətin, məsuliyyətli, lakin şərəfli və vacib bir peşə olduğunu vurğulayan R.Erkan Erecek dənizçilərin yüksəkixtisaslı peşəkar kimi formalaşması üçün “United Alliance Group”da onlar üçün yaradılan imkanlardan ətraflı bəhs edib. İlk dəfə gəmidə fəaliyyət göstərəcək sıravi heyət mütəxəssisləri ilə təcrübələrini bölüşərək gəmidəki iş rejimində etik prinsiplərin önəmini, bunun peşəkar iş fəaliyyətində zərurətini qeyd edib.

📌Görüş zamanı dənizçilərin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə şirkətin Beynəlxalq Ticarət Gəmiçilik bayrağı altında üzən gəmilərdə işə düzəlmə prosesində təmənnasız vasitəçilik(crewing) xidmətindən bəhs edilərək hazırda mövcud olan iş vakansiyaları barədə məlumat verilib. Qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı dənizçilərin seçiminin aparılmasına imkan yaranacağı qeyd olunub.

CV doldurarkən diqqət ediləcək olan məqamlara aydınlıq gətirən Ə.Əliyev dənizçilərin təqdim etdiyi CV nümunəsinin onların iş fəaliyyəti və təcrübələri üçün olduqca önəm daşıdığını vurğulayıb.

📌O bildirib ki, dənizçilər bu sahədə şəffaflığın təmin edilməsi, aparılan işin səmərəliliyinin artırılması, peşə fəaliyyətinin daha da yaxşılaşdırılması məqsədilə “United Alliance Group”da dünya dənizçilik şirkətlərinin beynəlxalq standartlarına uyğun ödənişsiz CV hazırlama xidmətindən yararlanaraq peşəkar dənizçi CV-ni əldə edə bilərlər.

Bununla yanaşı açıq vakansiyalar üzrə şirkət tərəfindən dənizçilərin göndərdikləri cv nümunələri mərhələli şəkildə nəzərdən keçirilərək dəyərləndirildiyi nəzərə çatdırılıb.

Qeyd edək ki, “Açıq Qapı” layihəsinin mütəmadi keçirilməsində məqsəd dənizçilərin sosial rifahını artırmaq, qabaqcıl ölkələrin dənizçilik təcrübəsindən yararlanaraq peşə və kvalivikasiya standartları yüksək mütəxəssislərin öz təcrübələrini dənizçilərlərlə bölüşməsinə imkan yaratmaq, işə düzəlmə prosesində şəffaflığın təmin olunmasından ibarətdir.

📌Qeyd edək ki, “Açıq qapı” 15 mart tarixinə qədər davam edəcək.

Görüşdə iştirak etmək istəyən dənizçilər öz CV nümunələri ilə 14 İyun saat 11:00-da ofisimizə yaxınlaşa bilərlər. CV nümunəsi olmayan dənizçilər ofisimizə yaxınlaşaraq ödənişsiz CV hazırlama xidmətimizdən yararlana bilərlər.

🔗Bizimlə Əlaqə:

📞 +994 51 277 19 31

📍N. Nerimanov, Afen Plaza

📌Bizi bütün sosial şəbəkələrdə izləyin.

🔗Whatsapp: https://unitedalliancegroup.com/az/page/whatsapp

🔗Telegram: https://unitedalliancegroup.com/az/page/telegram

🔗Facebook : https://unitedalliancegroup.com/az/page/facebook

🔗Instagram : https://unitedalliancegroup.com/az/page/instagram

🔗Linkedin : https://unitedalliancegroup.com/az/page/linkedin

🔗Tiktok : https://unitedalliancegroup.com/az/page/tiktok