Sualtı kabellərin zədələnməsi Afrika ölkələrini internetsiz qoydu – FOTO

212

Afrikanın bir sıra ölkələrində internetlə bağlı ciddi nasazlıqlar yaranıb.

Bu barədə “Cloudflare” internet analitik şirkəti xəbər verib.

Bildirilib ki, Kot-d’İvuar, Liberiya, Benin, Qana və Burkina-Faso da daxil olmaqla azı 10 ölkədə internet kəsilib. Həmçinin Namibiya və Lesotoda da nasazlıqlar müşahidə edilib.

Buna səbəb kimi Afrikadan Avropaya (ACE) gedən sualtı rabitə kabellərinin zədələnməsi göstərilir.

Mənbə: “Svejesti” “Telegram” kanalı