Çinin gəmi inşaatçıları yeni rekorda imza atıblar

224

Çinin gəmi inşaatçıları yeni rekorda imza atıblar.

“Seanews.az” xəbər verir ki, 2024-cü ilin yanvar-fevral ayının nəticələrinə görə, Çindən gəmilərin ixracı dəyər və kəmiyyət baxımından kəskin artıb.

Qeyd edilən dövrdə Çin xarici təchizatçılara 937 gəmi təhvil verib. Bu da ötən illə müqayisədə 59,9% çoxdur.

Eyni zamanda, ixracın dəyəri 180,6% artaraq 48,25 milyard yuana (təxminən 6,8 milyard ABŞ dolları) çatıb.

2023-cü ilin sonuna gəmiqayırma sənayesinin üç əsas göstəricisi, o cümlədən istehsal həcmi, yeni sifarişlər və mövcud sifarişlər Çinin 14 il ardıcıl olaraq qlobal gəmiqayırma bazarında lider mövqeyini təmin edib.