Los-Anceles limanının konteyner dövriyyəsi 1,6 milyon TEU-ya çatıb

192

2024-cü ilin yanvar-fevral aylarında Los-Anceles limanının konteyner dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 35% artaraq 1,6 milyon TEU-ya çatıb.

Liman administrasiyasının mətbuat xidmətinin məlumatında belə deyilir.

2024-cü ilin fevral ayında limanın konteyner terminalları 781,4 min TEU aşırıb ki, bu da əvvəlki ilin fevral ayı ilə müqayisədə 60% çoxdur. Liman artıq yeddinci aydır ki, yük dövriyyəsində artımı qoruyur.

Fevralda dolu idxal konteynerlərinin aşırılması 64% artaraq 408,7 min TEU olub. Dolu ixrac konteynerləri və boş konteynerlər seqmentlərində də müvafiq olaraq 132,7 min TEU (+61%) və 239,9 min TEU (+54%) artım qeydə alınıb.

Los-Anceles limanı San Pedro körfəzində, Los-Ancelesin mərkəzindən 20 mil məsafədə yerləşir və ABŞ-ın ən böyük dəniz limanıdır. 3,5 min 2023-cü ildə Los-Anceles limanında 8,6 milyon TEU konteyner aşırılıb.

“Seanews.az”