Bosfor boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə bağlanıb

210

Komor adaları bayrağı altında üzən yük gəmisində yaranan nasazlıq səbəbindən Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb.

“Report”un məlumata görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, “Sea Turtle” gəmisinin sükanında nasazlıq yaranıb, bu səbəbdən Bosfor boğazında hər iki istiqamətdə naviqasiya müvəqqəti olaraq dayandırılıb.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.