“Seanews.az” xəbər verir ki, hər birinin tutumu 4,3 min TEU olan gəmilər Çinin “Guangzhou Wenchong Shipyard” tərsanəsində tikiləcək. Onların istismara verilməsi 2028-ci ilin ikinci yarısında planlaşdırılır.
“Bu, bir daha Çin gəmiqayırma zavodlarının tam yükləndiyini təsdiqləyir”, – nəşr izah edir.
Konteyner gəmiləri ABŞ və Afrikaya daşınma üçün istifadə olunacaq.
Türkiyə daşıyıcısı sonuncu dəfə 2018-ci ildə yeni konteyner gəmiləri sifariş edib.
Yeni sifariş nəzərə alınmaqla, “Arkas”-ın daşıma qabiliyyəti 100 min TEU-nu keçəcək
“Alphaliner”-ə görə, “Arkas”-ın donanması hazırda 36 konteyner gəmisindən ibarətdir. Daşıyıcı ən böyük konteyner xətlərinin reytinqində 30-cu yeri tutur.