Bakı Limanına müxtəlif ölkələrdən olan bir qrup eko-jurnalist səfər edib-FOTO/VIDEO

198

Bakı Limanına, Kanada, Almaniya, Hollandiya, İtaliya və Böyük Britaniyadan olan bir qrup eko-jurnalist səfər edib. Jurnalistlərə Bakı Limanının Əməliyyatlar departamentinin müdiri Yucin Si tərəfindən limanın tarixi, layihələri, infrastrukturu, Karbon emissiyasının sıfıra endirilməsi 2035 qədər olan mövcud planlar və ələlxüsus Xəzər regionunun ilk ekoportu olaraq, Yaşıl Liman konsepsiyası, habelə, Limanın 2022-ci ildən BMT-nin Qlobal Sazişinə qoşulması barədə məlumat verib. Jurnalistlər limanın terminalları ilə də tanış olub, onlara məlumatlar verilib və sualları cavablandırılıb. Sözügedən jurnalistlər həmçinin, Bakı Limanının təşəbbüsü ilə Ələt qəsəbəsində salınan Eko parka səfər ediblər.

Qeyd edək ki, COP29 ilə bağlı olaraq Azərbaycana gələn jurnalistlərin Bakı Limanına səfərindəki məqsəd Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzrə körpü rolu oynayan və Yaşıl Liman statusu almış limanın bugün dünya üçün önəmli olan yaşıl iqtisadiyyata verdiyi müsbət töhfənin vurğulanması olub.