Tanker tikintisi üzrə sifarişlər rekord həddədir

164

Yeni tankerlərin tikintisinə dair sifarişlərin sayı son 18 ildə rekord həddə çatıb.

“İnfraNews” xəbər verir ki,  “Marhelm” analitik platformasının məlumatına görə, 2024-cü ilin ilk üç ayında 97 gəminin tikintisinə dair müqavilələr imzalanıb.

Fevral ayında 37 tanker sifariş verilmişdir ki, bunların da demək olar ki, yarısı VLCC-lər olub.

Mart ayında 28 tanker, o cümlədən 15 neft tankeri (5 VLCC və 10 “Suezmax”) və 13 ərzaq məhsulları daşıyan gəmilər  sifariş edilib.

2024-cü ilin mart ayının sonunda tankerlər üçün sifarişlərin tonnajı 55,9 milyon ton olub və mövcud donanmanın 8,6%-ni təşkil edib. Yeni tankerlərə tələbin kəskin artması neft məhsullarının daşınmasına tələbatın artması ilə izah olunur. Eyni zamanda, yeni tankerlərin tikintisi üzrə müqavilənin dəyəri 2019-cu ilin əvvəlindən demək olar ki, 38% artıb.