İstismardan çıxarılan gəmilərin təkrar emalı son 20 ildə ən aşağı səviyyəyə düşüb

122

Bir sıra bazar qarışıqlığından sonra güclü tələbatın yaranması və yeni gəmilər üçün qeyri-kafi sifarişlər gəmi sahiblərinin gəmiləri daha çox istismar etmək məcburiyyətində qalması deməkdir. Nəticədə, 2022-ci ilin aprelindən 2024-cü ilin martına qədər olan məlumatlara əsasən, balkerlərin, tankerlərin və konteyner gəmilərinin təkrar emala göndərilməsi son 20 ilin minimum səviyyəsinə düşüb.

“Seanews.az” xəbər verir ki, BIMCO tərəfindən hazırlanan bazar icmalında belə deyilir.

2024-cü ilin birinci rübündə utilizasiya edilmiş gəmilərin dedveyti cəmi 2 milyon ton olub. Artıq doqquzuncu rübdür ki, köhnəlmiş gəmilərin emalı 3 milyon tondan azdır. BIMCO bildirib ki, sonuncu dəfə təkrar emal dərəcələri 2008-ci il maliyyə böhranından əvvəl uzun müddət bu qədər aşağı qalıb. Qeyd olunur ki, hazırda fəaliyyət göstərən beynəlxalq donanmanın həcmi maliyyə böhranından əvvəlkindən xeyli böyükdür. Son 20 ildə orta hesabla 0,45% ilə müqayisədə iki il ərzində donanmanın yalnız 0,1%-i ləğv edilib.

Qırmızı dənizdə vəziyyətin pisləşməsi gəmilərə tələbatın artmasına səbəb olub. Cənubi Afrika ətrafında alternativ marşrutla indi eyni miqdarda yük daşımaq üçün daha çox gəmi tələb olunur. 2022 və 2023-cü illərdə Rusiyanın neft və kömür ixracına tətbiq edilən sanksiyalar neft tankeri və balkerlər seqmentinə oxşar və davamlı təsir göstərib. Bundan əlavə, pandemiya zamanı istehlak bazarında baş verən dəyişikliklər konteyner gəmilərinə tələbatın artmasına səbəb olub.

Gəmilərin təkrar emalının aşağı səviyyəsi gəmilərinin tikintisi sifarişlərinə də təsirsiz ötüşməyib. İstifadəyə verilmiş yeni quru yük gəmilərinin və tankerlərin ümumi sayı son iki onillikdə ən aşağı səviyyədə olub.

Hazırda yeni gəmilərin istismara verilməsinin aşağı səviyyəsinə baxmayaraq, yaxın gələcəkdə beynəlxalq donanmanın daha da genişlənməsinə ümid var. Konteyner gəmiləri seqmentində 2023-cü illə müqayisədə 2024-cü ildə rekord səviyyəli yeni gəmi təqdimatları gözlənilir. Tanker donanması seqmentində, yeni tikinti müqavilələrindəki son artım 2025 və 2026-cı illərdə gəmilərin istismara verilməsinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.

Çox güman ki, Qırmızı dənizdəki vəziyyət həll olunandan sonra utilizasiyasını gözləyən gəmilər gec-tez təkrar emala göndəriləcək.