Xilasedici qayıqların dəniz təhlükəsizliyində rolu

139

Gəmi xilasetmə vasitələri qəzaya uğramış gəmidən təxliyə edilmiş və yaxud hansısa bir səbəbdən gəmidən suya düşmüş insanların xilas edilməsi üçün təyin edilmişdir. Xilasedici vasitələr fərdi və kollektiv vasitələrə bölünür.

Allmarinenews xəbər verir ki, bütün xilasetmə vasitələri 1974-cü il tarixli Dənizdə insan həyatının qorunması üzrə Beynəlxalq Konvensiyasının (SOLAS-74) müəyyən etdiyi tələblərə cavab verməlidirlər. Onlar Rusiya dəniz gəmiçiliyi registrinin Dəniz gəmilərinin təchiz edilməsi üzrə qaydalarında əks etdirilmişlər. Xilasetmə vasitələri Registr və ya digər tanınmış təsnifat orqanı tərəfindən bəyənilmiş materiallardan hazırlanmalıdır. Onlar havanın -30 0 C-dən +65 0 C-yə qədər temperaturu şəraitində, fərdi xilasedici vasitələr üçün isə – havanın -15 0 C-dən +40 0 C-yə qədər temperaturu şəraitində saxlanılarkən yararsız vəziyyətə düşməməlidirlər. Əgər istifadə zamanı onlar dəniz suyuna düşərlərsə, suyun -1 0 C- dən +30 0 C-yə qədər temperaturunda fəaliyyət göstərməlidirlər. Xilasetmə vasitələri çürüməyə, korroziyaya davamlı olmalı, dəniz suyunun, neftin və ya göbələkciklərin böyük təsirinə dözümlü olmalı; günəş şüalarının uzunmüddətli təsiri zamanı öz keyfiyyətlərini itirməməlidirlər.

İMO-nun tövsiyələrinə (Qətnamə A.658 (16)) müvafiq olaraq və hər yerdə,

harada ki, bu xilasetmə vasitələrinin aşkar edilməsinə kömək edəcək, onlar yaxşı

görünən (bir qayda olaraq, al qırmızı-narıncı) rəngdə olmalı və işıqqaytarıcı

materiallarla təchiz olunmalıdır. İşıqqaytarıcı materialların tətbiqi projektor istifadə

edərkən xilasetmə vasitələrinin aşkarlanmasını asanlaşdırır. Xilasedici qayıqlar kollektiv xilasedici vasitələrə daxildir. Kollektiv xilasetmə vasitələri batan gəmini tərk etməyə məcbur olan insanların birgə xilas edilməsi üçün nəzərdə tutulan sututumlu üzmə vasitəsini özündə təmsil edirlər. 

 Onlar daxilindəki insanları dəniz təlatümlərindən qorumalı, həyat fəaliyyətini təmin etmək üçün təchizata malik olmalıdırlar. Kollektiv xilasetmə vasitələri, suda sərbəst hərəkət və manevr etmə qabiliyyətinə malik olan aktiv vasitələrə və külək, dalğa və su axını təsiri altında hərəkət edən passiv vasitələrə bölünür.

Aktiv xilasetmə vasitəsi – xilasedici qayıqdır, kiçik göyərtəsiz özüyeriyən üzmə vasitəsidir. Xilasedici qayıq qismində motorlu qayıqlar istifadə olunur. Konstruksiyasına və insanları əlverişsiz xarici amillərin təsirindən mühafizə etmə üsuluna görə xilasedici qayıqlar bölünürlər:

– tam örtülü;

– qismən örtülü;

– sərbəst hava təchizatı sistemi ilə tam örtülü;

– oddan mühafizəli tam örtülü.  

“SOLAS-74” Konvensiyasının qaydalarının tələblərinə müvafiq olaraq, kili

01.07.1986-cı ilə qədər qoyulmuş gəmilərdə tam açıq xilasedici qayıqların

istifadəsinə icazə verilir.

Xilasedici qayıqlar (XQ) poladdan, yüngül qatışıqlardan, şüşə plastikdən və ya taxtadan hazırlanırlar. Qayığın müsbət üzmə qabiliyyəti hava və ya penoplast doldurulmuş germetik yeşiklərlə təmin edilir. Yeşiklər adətən oturacaqlarla birləşdirilir. 

Xilasedici qayıqlar gövdənin ən aşağı nöqtəsinə yaxın nöqtəsində yerləşdirilmiş bir və ya bir neçə buraxıcı klapanla təchiz olunmalıdır. Qayığı sudan qaldıran zaman, içindəki suyun axıdılması üçün bu klapanlar avtomatik olaraq işə düşməli, suya endirildikdə isə avtomatik olaraq bağlanmalıdırlar. Hər klapan, onu örtmək üçün qayığa ip ilə bərkidilmiş qalpaq və ya tıxacla təchiz olunur. Qayığın suya endirilib qaldırılması zamanı qayıq iplərini (tallarının) bağlamaq üçün burun və arxada açılan qaldırıcı qarmaqlar (qaklar) vardır. Qarmaqların verilməsi üçün ləvazimat, onların qayığın içindən eynizamanlı verilməsini təmin edir. O, hidrostatik mexanizmlə təchiz edilmişdir, hansı ki, batmış gəmidə suyun təzyiqinin təsiri altında işə düşür və qarmaqlar verilir, bunun sayəsində qayıq gəmidən ayrılaraq suyun üzərinə qalxır.

Xilasetmə qayığı tam sayda insanlarla və təchizatla yüklənərkən və mühərrik vasitəsilə hərəkətə gətirilən bütün mexanizmlər işləyərkən, irəliyə hərəkət sürəti sakit suda azı 6 mil/s, 25 nəfərlik tutumu olan xilasedici salı tam sayda insanlarla və təchizatla yüklənmiş vəziyyətdə və yaxud onun bərabər əvəzilə yedəkləyərkən – azı 2mil/s olmalıdır.