Dubayda yerləşən yedək şirkəti dənizçilərə qarşı etinasızlıqda ittiham olunur

128

Dubayda yerləşən “Middle East Marine” yedək şirkəti 100-dən çox dənizçiyə qarşı müntəzəm etinasızlıqda ittiham olunur.

Beynəlxalq Nəqliyyat İşçiləri Həmkarlar İttifaqı Federasiyası 2022-ci ilin noyabr ayından etibarən Banqladeş, Hindistan, Maldiv adaları və Şri-Lankada Palau bayraqlı 18 gəmidə heyətdən üz döndərilməsi ilə bağlı 17-dən çox hadisə barədə məlumat verib.

Hindistan, İndoneziya və Myanma dənizçiləri çirkli içməli su, qida çatışmazlığı, pasport və dərmanların verilməməsi, xəstə heyət üzvlərinin xəstəxanaya göndərilməməsi və maaşların ödənilməməsi kimi dözülməz şəraitdə işləməyə məcbur qalıblar.

“Seanews.az” xəbər verir ki, keçən il heyəti taleyin ümidinə buraxma halları üzrə rekord il olub. Beynəlxalq Dəniz Təşkilatı 2023-cü ildə 142 xoşagəlməz hadisə barədə məlumat verib. 2022-ci ildə isə 109 belə hadisə qeydə alınmışdı.