“Bakı Yelkən Reqatası 2024” başlayıb

154

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Yelkən Federasiyasının (SFA), “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı Yelkən Reqatası 2024” keçirilir.

Yarışlar “Optimist”, “ILCA 4” və “ILCA 6” sinifləri üzrə SFA Yelkən Mərkəzində (Salyan şossesi, Şıxov sahili 1023) 10-12 may tarixində, saat 11:00-16:00 arasında təşkil olunacaq. Bundan başqa, Reqata çərçivəsində 11-12 may tarixlərində sörfinqçilərin əyləncəli şousu da təqdim olunacaq.

Bu il Reqatada milli yelkənçilərimizlə yanaşı, Gürcüstan Yelkən Federasiyası da təmsil olunur.

sailing.az