Bakı Gəmiqayırma Zavodunda SOCAR-ın sifarişi ilə inşa olunan neftdaşıyan tankerin gövdə hissəsinin tikintisi 95% tamamlanmışdır.

189

Bakı Gəmiqayırma Zavodunda SOCAR-ın sifarişi ilə inşa olunan neftdaşıyan tankerin gövdə hissəsinin tikintisi 95% tamamlanmışdır. Hazırda gəmidə boru, mexaniki və elektrik avadanlıqların quraşdırılması prosesi davam edir.

Xatırlatmaq istəyirik ki,Bakıda Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neftdaşıyan tankerin tikintisinə və alqı-satqısına dair gəmiqayırma müqaviləsi imzalayıb.

Xatırladaq ki, SOCAR ölkə prezidentinin 13 sentyabr 1992-ci il tarixli fərmanı ilə yaradılıb. 100 % dövlətə məxsus şirkətin əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı və nəql edilməsi, eləcə də neftin, qazın və neft məhsullarının satışından ibarətdir.

“Bakı Gəmiqayırma Zavodu”nun təməli 2010-cu ildə qoyulub. 2011-ci il mayın 10-da “Bakı Gəmiqayırma Zavodu” MMC birgə müəssisəsi təsis edilib. 2013-cü ildə Prezidenti İlham Əliyevin iştirakı ilə rəsmi açılışı baş tutan zavoda 2015-ci ildə Qaradağ Sənaye Parkının rezidenti statusu verilib.


Source:https://www.facebook.com/bakushipyard