ADDA-nın doktorantları XXVII Respublika elmi konfransında iştirak ediblər

54

10-11 dekabr 2024-cü il tarixində Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı və “SOCAR Polymer” MMC-nin baş sponsorluğu, BP və Nobel Energy şirkətlərinin sponsorluğu ilə SDU-da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı (NASCO XXVII) keçirilib.

Konfransda Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmiçilik texnikası” ixtisası üzrə doktorantura pilləsində təhsil alan “Tətbiqi mexanika” kafedrasının doktorantları Elvin İbrahimli və Əlihüseyin Həziyev müxtəlif məqalələrlə çıxış ediblər.  Konfransın “Mühəndislik-3 (Neft-qaz, Mexanika, İnşaat və  s.)”  bölməsində doktorantlarımız ölkəmizdə gəmiçiliyin aktual problemlərinə dair elmi məqalələr təqdim ediblər.

Doktorantlarımız Elvin İbrahimli və Əlihüseyin Həziyev çıxışlarına  görə sertifikata layiq görülüblər.  

Qeyd edək ki, kafedra üzrə doktorantların elmi işlərinin yerinə yetirilməsinə və müxtəlif ali təhsil müəssisələrinin elmi-texniki konfranslarında məqalələrlə çıxış etmələrinə rəhbərliyi “Tətbiqi mexanika” kafedrasının müdiri, professor, t.e.d. Vaqif Həsənov həyata keçirir.

adda.edu.az