Azərbaycan idmançıları Bodrumda keçirilən Europa Cup yarışında iştirak edəcək

216

Azərbaycan idmançıları Bodrumda keçirilən Europa Cup yarışında iştirak edəcək

22-26 yanvar 2025-ci il tarixlərində Türkiyənin Bodrum şəhərində EurILCA Europa Cup 2025 çərçivəsində növbəti beynəlxalq yelkən yarışları baş tutacaq. ILCA sinifində dünyanın müxtəlif ölkələrindən olan idmançıların iştirak edəcəyi bu nüfuzlu yarışda Azərbaycan Yelkən Federasiyasını təmsil edən idmançılarımız – Fidan Ağazadə və Nəzrin Məmmədova da öz bacarıqlarını nümayiş etdirəcəklər.

İdmançılarımızın hazırlıq prosesində məşqçi Seyhun Yıldız yaxından iştirak edərək onlara dəstək olur. Bu yarış həm idmançılarımız üçün təcrübə qazandıracaq, həm də ölkəmizin yelkən idmanında artan nüfuzunu bir daha nümayiş etdirəcək.

Yarışda iştirak edən bütün idmançılarımıza uğurlar arzulayır və bayrağımızı layiqincə təmsil edəcəklərinə inanırıq. Daha ətraflı məlumat üçün eurilca.eu/event/342 saytına daxil ola bilərsiniz.

Source:https://www.facebook.com/sailingaze/