1 mart 2021-ci il Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə gəmiçilik tariximizə mühüm hadisələrlə həkk olunub.
İlk milli RoPax – “Azərbaycan” gəmi-bərəsi istismara verilib.
Dünyanın ilk tanker-muzeyi – “Suraxanı” istifadəyə verilib.
Dənizçilərin xatirəsinə ucaldılmış abidənin açılışı olub.
ASCO-nun yeni inzibati binasının açılışı baş tutub.
Bütün bu əlamətdar hadisələr ölkəmizdə dəniz nəqliyyatı sahəsinin inkişafına göstərilən dəstəyin, gəmiçilik irsinə hörmətin və dənizçilərə diqqətin bariz nümunəsidir.




asco.az





