“Celsius Georgetown” adlı gəmi Çinin Ciansu əyalətinin Nanton şəhərində yerləşən “China Merchants Heavy Industry” şirkətinin dokundan ilk səfərinə çıxaraq Sinqapura yola düşüb.
Bu layihə Çinin yüksəksəviyyəli təmiz enerji gəmiqayırma sektorunda mühüm irəliləyiş kimi qiymətləndirilir.
Uzunluğu 298,8 metr, eni isə 48 metr olan “Georgetown” gəmisi iki yanacaqlı, aşağı sürətli hərəkət sistemi ilə təchiz olunub. Gəmidə aşağı buxarlanma göstəricisi və yüksək ekoloji performans mövcuddur.
Bu xüsusiyyətlər onu həm texniki, həm də ekoloji baxımdan diqqətçəkən layihəyə çevirir. Eyni zamanda, bu gəmi Çində indiyədək istehsal olunmuş ən böyük yük tutumlu LNG daşıyıcısı hesab olunur.





