Qonaqlara Xəzər dənizində gəmiçiliyin tarixi, Azərbaycan dənizçilərinin fəaliyyəti və milli donanmanın inkişaf mərhələləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, muzey kimi fəaliyyət göstərən “Suraxanı” tankeri ölkəmizin dənizçilik irsinin qorunması və təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Nümayəndə heyəti gəminin müxtəlif bölmələri ilə tanış olub, burada nümayiş etdirilən eksponatlara baxış keçirib. Onlara gəminin istismar dövrü, texniki xüsusiyyətləri və muzeyə çevrilmə prosesi haqqında da ətraflı məlumat təqdim olunub.
Qonaqlar “Suraxanı” gəmi-muzeyində yaradılan şəraiti yüksək qiymətləndirərək, bu kimi layihələrin dənizçilik tarixinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynadığını vurğulayıblar.
#ASCO #SurakhaniShipMuseum










