Silahlı hücumdan son anda yayınma

81

Ədən körfəzində, Yəmənin Əl-Mukalla limanından 92 dəniz mili cənubda naməlum quru yük gəmisi silahlı hücuma məruz qalıb.

Mayın 1-də qara gövdəli kiçik qayıq (skiff) gəmiyə 10 metrədək yaxınlaşaraq, içərisində olan 7 silahlı şəxs göyərtəyə çıxmağa cəhd edib. Lakin gəmi heyətinin sayıqlığı, sürətli manevrlər və göyərtədəki silahlı mühafizəçilərin güc nümayişi nəticəsində hücumun qarşısı alınıb, hücum edənlər geri çəkilməyə məcbur olub.

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları (UKMTO) mərkəzi bildirib ki, hadisə zamanı tətbiq olunan müdafiə tədbirləri həlledici rol oynayıb.

EUNAVFOR-un “Atalanta” əməliyyat qrupu isə son iki həftədə həm husilərin, həm də Somali piratlarının bölgədə fəallığının kəskin artdığı barədə xəbərdarlıq edib. Məlumata görə, son günlərdə biri tanker, digəri isə balker olmaqla iki gəmi piratlar tərəfindən qaçırılaraq Somali sahillərinə aparılıb.

seanews.az