İran yaxınlığında gəmi hücumu

32

Hörmüz boğazında hərəkət edən yük gəmisi naməlum mərmi ilə vurulub.

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) “X” sosial şəbəkəsində yaydığı məlumatda bildirib ki, təsdiqlənmiş mənbəyə əsasən, mərmi yük gəmisinə dəyib.

Açıqlamada hadisənin nəticələri, mümkün itkilər və ya texniki zərərin həcmi barədə hələlik əlavə məlumat verilməyib. Hadisənin hansı şəraitdə baş verdiyi dəqiqləşdirilir.

Regionda son dövrlər dəniz təhlükəsizliyi ilə bağlı insidentlərin artması beynəlxalq gəmiçilik şirkətləri arasında narahatlıq yaradıb.