Boğazda böhran: yüzlərlə gəmi hərəkətsizdir

73

Hazırda təxminən 1600 tanker və digər ticarət gəmisi Hörmüz boğazı yaxınlığında gözləmə vəziyyətindədir və bölgədən keçid edə bilmir.

ABŞ Hərbi Dəniz Qüvvələri indiyədək yalnız iki gəminin boğazdan təhlükəsiz keçidini təmin edə bilib.

ABŞ və İran arasında münaqişə başlayandan bəri Hörmüz boğazında ümumilikdə 32 gəmi atəşə tutulub. Hadisələr nəticəsində 10 nəfər həyatını itirib, onlarla insan isə yaralanıb.

ABŞ Prezidenti Donald Tramp mayın 5-də açıqlamasında İranla aparılan danışıqların uğurla nəticələnəcəyi və mümkün razılaşmanın imzalanacağı ilə bağlı siqnallar alınana qədər “Azadlıq layihəsi” əməliyyatının dayandırıldığını bildirib.

Bu məsələ ilə bağlı Pakistan və bir sıra digər ölkələr tərəfindən Vaşinqtona müraciətlər daxil olub.