Dənizdə ekoloji pilot layihə start götürüb

206

Almaniyanın gəmiçilik nəhəngi “Hapag-Lloyd” və logistika şirkəti “Kuehne+Nagel” tullantı əsaslı dəniz bioyanacaqlarından istifadə etməklə emissiyaların azaldılmasına yönəlmiş birgə dayanıqlı daşıma layihəsinə başlayıb.

2026-cı ilin aprel–dekabr aylarını əhatə edən razılaşma çərçivəsində Şərqi Asiya və Şimali Avropa marşrutu üzrə təxminən 3 300 TEU yükün daşınması planlaşdırılır.

Pilot layihə nəticəsində “well-to-wake” hesablamalarına əsasən, təxminən 2 979 ton karbon emissiyasının azaldılması gözlənilir.

Proqram çərçivəsində RED III standartlarına uyğun olaraq tullantı və qalıq xammallardan istehsal edilmiş 1 000 ton dayanıqlı dəniz yanacağı (SMF) istifadə olunacaq.

Layihə “Hapag-Lloyd”un “Ship Green” proqramı əsasında həyata keçirilir və “book-and-claim” modeli tətbiq edilir. Bu yanaşma müştərilərə yanacağın fiziki olaraq onların yükünü daşıyan gəmidə istifadə olunmasından asılı olmayaraq, əldə edilən emissiya azalmalarının öz adlarına qeydə alınmasına imkan yaradır.

Seanews.az