Akademiyada şəffaflıq mövzusu müzakirə olundu

167

08 may 2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) PHŞ-də “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə tədbir keçirilib.

Tədbirdə Ədliyyə Akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, hüquq elmləri doktoru, professor, ədliyyə müşaviri Mətanət Əsgərova iştirak edib.

“Korrupsiyaya qarşı mübarizənin hüquqi çərçivəsi və antikorrupsiya davranışının formalaşdırılması” mövzusunda çıxış edən Mətanət Əsgərova Azərbaycan Respublikasının qanunvericiliyində korrupsiyaya qarşı mübarizə mexanizmləri, korrupsiya anlayışı, onun formaları və səviyyələri barədə geniş məlumat verib. O, korrupsiyanın qlobal miqyasda inkişaf və təhlükəsizliyə mənfi təsir göstərdiyini, iqtisadi və sosial inkişafı ləngitdiyini vurğulayıb.

Çıxışda həmçinin dövlət qurumlarında şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması və mübarizə tədbirlərinin davamlılığının təmin olunmasının əhəmiyyəti qeyd edilib. Eyni zamanda korrupsiya ilə əlaqədar hüquqpozmalara görə məsuliyyət məsələləri barədə də ətraflı məlumat verilib.

Tədbir zamanı korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirici video material nümayiş etdirilib.

Sonda Tədris prosesinin təşkili şöbəsinin müdiri Əsədullah Süleymanov çıxış edərək Mətanət Əsgərovaya və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

ADDA.