ASCO beynəlxalq platformada dənizçilik sektorunun dayanıqlı inkişaf sahəsində rolunu təqdim edəcək.

129

Şirkətin nümayəndələri Ümumdünya Şəhərsalma Forumunda şəhərlərin karbon izinin azaldılmasında gəmiçilik sektorunun töhfəsinə həsr olunan infosessiyada iştirak edəcəklər. Sessiya çərçivəsində ekoloji dayanıqlı dəniz daşımaları, enerji səmərəliliyi, yaşıl texnologiyalar və müasir əməliyyat yanaşmalarının davamlı şəhər inkişafına təsiri ətrafında müzakirələr aparılacaq.

Tədbir iştirakçıları və qonaqlar müzakirələrə qoşulmaq üçün AZCON Holding-in D15 nömrəli stendinə dəvət olunurlar.

#AZCON