Bakıda fəaliyyət göstərən “Suraxanı” tanker-gəmi muzeyi ziyarətçilər üçün yeni “Muzey turu” paketini təqdim edib.
Yeni tur paketi iştirakçılara rahat avtobus xidməti, lunch box formatında qidalanma, peşəkar ekskursiya xidməti və Azərbaycanın ilk tanker-gəmi muzeyində unikal muzey təcrübəsi təqdim edir.
Layihə çərçivəsində Bakının istənilən ərazisindən təşkil olunan qruplar “Suraxanı” tanker-muzeyinə çatdırılır. Tur proqramı məktəblilər, tələbə qrupları, korporativ kollektivlər və turistlər üçün nəzərdə tutulub.
Ziyarətçilər ekskursiya zamanı Azərbaycanın dənizçilik tarixi, tanker donanmasının inkişaf mərhələləri və gəmiçilik irsi ilə yaxından tanış olmaq imkanı əldə edirlər.
Qeyd edək ki, “Suraxanı” tanker-gəmi muzeyi Bayıl qəsəbəsində, Dənizkənarı Milli Park ərazisində, Su İdmanı Sarayının yaxınlığında yerləşir.
Əlaqə nömrələri:
📞 +994 51 229 62 75
📞 +994 50 274 30 97
Seanews.az








