Paytaxtda iki bayramın sintezi: “SeaBandTune 2026” festivalı start götürür

171

İyulun 4-də Buzovna qəsəbəsindəki “Gilavar” istirahət mərkəzində “SeaBandTune 2026” yay festivalı baş tutacaq. Azərbaycanın Tatar icmasının təşkil etdiyi tədbir tatarların milli bayramı Sabantuya və Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunub.

Denizxeber.az bildirir ki, xəzər dənizinin sahilində təşkil ediləcək festivalın proqramı kifayət qədər zəngindir. Bura idman yarışları, maraqlı ustad dərsləri, rəngarəng sərgilər və film nümayişi daxildir. Həmçinin peşəkar sənətçilərin, respublika və beynəlxalq müsabiqə qaliblərinin, eləcə də həvəskar kollektivlərin iştirakı ilə böyük konsert proqramı təşkil olunacaq. Bayramın sonunda isə iştirakçılar üçün xüsusi “afterparty” keçiriləcək.

Tatar icmasının tərəfdaşları, rəsmi qonaqlar və həmkarlar ittifaqları nümayəndələrinin qatılacağı bu tədbir tatar mədəniyyətini yaxından tanıtmaqla yanaşı, qonaqlara dəniz kənarında əyləncəli bir gün vəd edir.