Gənc üzgüçülərin Almaniya sınağı

115

Almaniyanın Münhen şəhərində 18 yaşadək üzgüçülər arasında keçirilən Avropa çempionatı başa çatıb. 7-12 iyul tarixlərində baş tutan yarışda Azərbaycan milli komandası yüksək nəticələr nümayiş etdirib.

Denizxeber.az bildirir ki, baş məşqçi Luka Qabrilo, məşqçilər Rəşad Əliyev və Ruslan Hətəmxanovun rəhbərliyi altında turnirə qatılan 7 idmançımız fərdi göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıblar. Ötən il Slovakiyada keçirilmiş qitə birinciliyində üzgüçülərimiz 5 şəxsi rekord yeniləmişdisə, bu il Münhendə bu göstərici 11-ə çatıb.

Yarışda Süleyman İsmayılzadə (17 yaş) 1500 metr məsafəyə sərbəst üsulla üzmədə 15:37.48 nəticə göstərərək finala yüksəlib və çempionatı 6-cı yerdə başa vurub. Gənc idmançı ötənilki Avropa çempionatının finalında 7-ci pillədə qərarlaşmışdı.

Çempionatda şəxsi rekordlarını yeniləyən digər üzgüçülərimizin nəticələri isə aşağıdakı kimi olub:

  • Yeqor Maynitski (16 yaş): 50 metr bras (30.37 / öncəki: 30.82), 200 metr qarışıq (2:07.55 / öncəki: 2:08.66), 400 metr qarışıq (4:34.48 / öncəki: 4:43.61)
  • Məryəm Cavadova (14 yaş): 50 metr sərbəst (27.66 / öncəki: 28.75), 100 metr sərbəst (59.18 / öncəki: 1:00.31)
  • Oqtay Hüseynov (16 yaş): 200 metr qarışıq (2:09.41 / öncəki: 2:10.98)
  • Anastasiya Qnusina (14 yaş): 400 metr sərbəst (4:33.74 / öncəki: 4:38.54), 800 metr qarışıq (9:27.88 / öncəki: 9:31.88)
  • Fərhad Şirməmmədli (15 yaş): 400 metr sərbəst (4:09.96 / öncəki: 4:13.13), 800 metr qarışıq (8:30.21 / öncəki: 8:36.04), 1500 metr sərbəst (16:12.25 / öncəki: 16:34.53)

Qeyd edək ki, komandanın heyətində turnirə qatılan 15 yaşlı Mehri Əbdürəhmanlı da ölkəmizi yarışda layiqincə təmsil edib.